Blogerin çəkdiyi görüntü balinalarla bağlı gizlini ortaya çıxardı
Avstraliyalı bloger Brodi Moss sörfinq edərkən elm adamlarının hələ də bir açıqlamasını tapa bilmədiyi hadisəyə rast gəlib.
Onun sözlərinə görə, dənizdə qəfildən qarşısına balina quyruğu çıxıb. Bloger məsafəni saxlamaq üçün qayığını bir az geriyə yönəldib və çəkilişə başlayıb. Bu vaxt o, balinanın quyruğunun ətrafında üzən balasını görüb.
Bloger ətraflı çəkiliş üçün kameranı suyun altına endirib. Burada balanın başını yetkin balinanın sinəsinə yaxın qoyduğu görünür.
Qeyd edək ki, balinanın şaquli şəkildə “donmuş” vəziyyəti uzun onilliklərdir alimlərin müzakirə mövzusudur. Bu davranış ancaq tək yaşayanlarda, analarda və bir dəfə də hamilə balinada müşahidə edilib.
B.Moss ümid edir ki, onun çəkilişləri elm adamlarına balinanın bu hərəkətini daha yaxşı anlamağa kömək edəcək.