Pleyeri seçin:
Bunu etmək olduqca çətindir | Putin Rusiya-Ukrayna müharibəsindən danışdı
“Ukrayna tərəfindən qadağan olunduğu bir şəraitdə danışıqların aparılması barədə ciddi danışmaq çətindir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Qərb Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlara qoyulan qadağanı ləğv etməyə məcbur etməlidir.
“Əlbəttə, bəzi ilkin konturlar hazırlana bilər, lakin hansısa ciddi danışıqlardan, təbii ki, Ukrayna tərəfinin qadağasını nəzərə alsaq, söhbət açmaq kifayət qədər çətindir”, – deyə V.Putin bildirib.
Eyni zamanda o vurğulayıb ki, Rusiya Ukrayna ilə bağlı, o cümlədən ABŞ ilə danışıqlara hazırdır.
“Biz ABŞ-nin hazırkı prezidentinin birgə işləməyə hazır olması barədə bəyanatlarını görürük. Buna hər zaman açığıq”, – deyə Kreml rəhbəri əlavə edib.
Kopyalandı
