Evlənmək istəyən türkiyəli kişidən qəribə addım
Türkiyənin Rize bölgəsində yaşayan 59 yaşlı Saleh Aycibin evlənə bilmək üçün qəribə yola əl atıb.
Belə ki, o evinin önündən xüsusi plakat asıb. Saleh Aycibin bildirib ki, bu addımı atmasının səbəbi evlənməyə xanım tapa bilməməsidir.
“Rəbbim heç kəsin düzənini pozmasın. Özümə uyğun bir xanım axtarıram. Allah xatirinə mənə kömək edin”, – deyə plakatda qeyd olunub.
Saleh Aycibinin evlənmək istədiyi xanımla bağlı şərtləri də var. Belə ki, onun həyat yoldaşı olmağa iddialı qadının çəkisi 80 kilodan artıq olmamalı, yaşı isə 40-45-i keçməməlidir.
“Məqsədim gözəl bir yuva qurmaqdır. İnanıram ki, bu istəyimə nail olacam”, – deyə S.Aycibin əlavə edib.
Hadisə sosial şəbəkələrdə qısa müddət ərzində populyarlaşıb və insanlar Saleh Aybcibinin bu addımını birmənalı qarşılamayıblar. Asdığı plakatdan sonra yüzə yaxın qadın onunla evlənmək üçün müraciət etsə də, Saleh bəy onların heç birini bəyənməyib.
Məlumat üçün bildirək ki, Saleh Aycibinin həyat yoldaşı 18 ay əvvəl yol qəzasında dünyasını dəyişib.
#Türkiyə teqi istifadə olunub
- Türkiyə DÇ-yə vəsiqə qazanarsa bu komandalara rəqib olacaq - Baku TV
- TDT ölkələri arasında bəyannamə imzalandı
- Türkiyəli nazirdən Rusiya və Ukraynaya çağırış
- Qara dənizdəki gərginlik Rusiya və Ukrayna çərçivəsindən çıxa bilər - Baku TV
- Naxçıvanda II Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu keçirilir
