Pleyeri seçin:
Gənc qadının bu pəhrizi həyatını belə məhv etdi
27 yaşlı polyak Karolina Kşijak İndoneziyanın Bali adasındakı hotel otağında həddindən artıq meyvəli pəhriz (fruitarianizm) nəticəsində aclıqdan ölüb. Yeniyetməlik dövründən anoreksiya ilə mübarizə aparan gənc qadın veqanizmdən sonra yalnız xam meyvə və giləmeyvələrdən ibarət olan bu ciddi qidalanma rejiminə keçib. Ölümündən əvvəl qadının çəkisi cəmi 22 kiloqram təşkil edib və onda uzunmüddətli qidalanmama ilə əlaqəli osteoporoz və albumin çatışmazlığı aşkarlanıb.
Kopyalandı
