Pleyeri seçin:

İndoneziyada insanlar deputatların maaşlarının artmasına qarşı çıxıb

01 sentyabr 2025 224 baxış

İndoneziyada iyun ayından başlayan və iqtisadi bərabərsizlik, parlament üzvlərinin maaş artımı, əmlak vergisi və parlamentə verilən mənzil ödənişinə qarşı formalaşan iğtişaşlar inqilab həddinə çatıb.

Avqustun 28-də taksi sürücüsünün zirehli polis avtomobili ilə vurularaq həyatını itirməsindən sonra kütləvi narazılıq başlayıb.

Cakartada insanlar parlament binası qarşısında toplaşıb. Polis su şırnağı və gözyaşardıcı qazla müdaxilə edib və bundan sonra izdiham genişlənib, nəticədə nəqliyyatın hərəkəti iflic olub və şəhərdə gərginlik artıb.

Makassar şəhərində etirazçıların şəhər şurası binasında törətdikləri yanğın nəticəsində 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Avqustun 31-dən etibarən etiraz dalğası ölkənin bir çox bölgəsinə yayılıb.

Hökumət bərabərlik və stabillik mesajları verməyə başlayıb. Belə ki, Prezident deputatlara verilən 3 min dollarlıq mənzil ödənişi və xarici səfərlər kimi imtiyazları ləğv edib.

Qeyd edək ki, bu etiraz dalğası hökumətə bir neçə istiqamətdə ziyan vurub. Səhm bazarı 3%-dən çox dəyər itirib. Ölkədəki daxili vəziyyətə görə, İndoneziya Prezidenti Çinə səfərini ləğv etməli olub.

Vaşinqton yeni nəsil silahların sınaqlarına hazırlaşır

Vaşinqton yeni nəsil silahların sınaqlarına hazırlaşır

Dünya
07 dekabr 2025 224 baxış
Zelenski Kuşner və Uitkoff ilə telefonla danışıb

Zelenski Kuşner və Uitkoff ilə telefonla danışıb

Dünya
07 dekabr 2025 224 baxış
Avropa İttifaqı mümkün iki ssenarini açıqladı

Avropa İttifaqı mümkün iki ssenarini açıqladı

Dünya
07 dekabr 2025 224 baxış
Silahlı toqquşma nə vaxt baş verəcək?

Silahlı toqquşma nə vaxt baş verəcək?

Dünya
07 dekabr 2025 224 baxış
Almaniya Kansleri ilk dəfə İsrailə gedib

Almaniya Kansleri ilk dəfə İsrailə gedib

Dünya
07 dekabr 2025 224 baxış
Kilauea vulkanı yenidən fəallaşıb

Kilauea vulkanı yenidən fəallaşıb

Dünya
07 dekabr 2025 224 baxış
Daşqın qurbanlarının sayı 900-ü keçdi

Daşqın qurbanlarının sayı 900-ü keçdi

Dünya
07 dekabr 2025 224 baxış
Daşqınlar həyatı iflic etdi

Daşqınlar həyatı iflic etdi

Dünya
07 dekabr 2025 224 baxış
Gecə klubunda partlayış: 25 nəfər öldü

Gecə klubunda partlayış: 25 nəfər öldü

Dünya
07 dekabr 2025 224 baxış
Viktor Orban Avropanın planlarından danışdı - Baku TV CANLI

Viktor Orban Avropanın planlarından danışdı - Baku TV CANLI

Dünya
07 dekabr 2025 224 baxış
Seçilmişlər
icon