Pleyeri seçin:
İsrail Qəzzaya yenidən aviazərbələr endirdi
İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir neçə rayonuna aviazərbələr endirib.
Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Məlumata görə, aviabombalardan biri şəhərin şimalında yerləşən Əl-Şifa Tibb Mərkəzini hədəf alıb.
Eyni zamanda “Al Mayadeen” telekanalı İsrailin Qəzzanın qərbində yerləşən Əl-Şati qaçqın düşərgəsinə zərbə endirdiyinə dair məlumat yayıb.
Qeyd edək ki, qısa müddət öncə İsrailin Baş naziri Benyamin Netanyahu orduya Qəzza zolağına “dərhal və güclü zərbələr endirməyi” tapşırıb. Qərarın “İsrail Ordusunun Qəzza zolağının cənubunda hücuma məruz qalmasından qısa müddət sonra və HƏMAS-ın girovların meyitlərinin qaytarılması ilə bağlı növbəti pozuntuları” fonunda verildiyi bildirilir.
Kopyalandı
#HƏMAS teqi istifadə olunub
