Dünya
Pleyeri seçin:

İsrailin Baş naziri silahlıların məhv edildiyini açıqladı

08 oktyabr 2023

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağından hücuma cavab olaraq “Dəmir Qılınclar” əməliyyatının birinci mərhələsinin başa çatdığını və terrorçuların əksəriyyətinin məhv edildiyini açıqlayıb. Bu barədə İsrailin Baş naziri “X” hesabında bildirib.

“Birinci mərhələ bu saatlarda ərazimizə daxil olmuş düşmən qüvvələrinin böyük əksəriyyətinin məhv edilməsi ilə başa çatıb”, – deyə Benyamin Netanyahu vurğulayıb. O həmçinin qarşıya qoyulan məqsədlərə çatana qədər hücumların davam edəcəyini bəyan edib.

HƏMAS-ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində ölənlərin sayı artıb. İsrail ərazisinə atılan 3 mindən çox raket 300 nəfərin ölümünə, 1 500 yerli sakinin xəsarət almasına səbəb olub. İsrail Səhiyyə Nazirliyi bildirib ki, hazırda 18 nəfərin vəziyyəti çox ağır, 267-sinin ağır, 279-nun orta ağır, 636 yaralının vəziyyəti isə yaxşıdır.

Öz növbəsində İsrailin Baş naziri Benyamin Netanyahu mühasirədə olan Qəzza zolağının sakinlərini bölgəni tərk etməyə çağırıb və HƏMAS-ın mövcud olduğu bütün əraziləri xarabalığa çevirəcəklərini bildirib.

Qeyd olunub ki, 22 müxtəlif yerdə terrorçular mülki şəxslərə və əsgərlərə hücum ediblər. Hazırda mövcud vəziyyətlə bağlı ehtiyatda olan hərbçilər yenidən ordu sıralarına çağırılır.

Ukraynadan Gürcüstana etiraz | Seçki kampaniyasındakı şəkillər aranı qarışdırdı

Ukraynadan Gürcüstana etiraz | Seçki kampaniyasındakı şəkillər aranı qarışdırdı

Dünya
27 sentyabr 2024
Türkiyə 10 əyalətdə antiterror əməliyyatı keçirdi | Anbaan görüntülər

Türkiyə 10 əyalətdə antiterror əməliyyatı keçirdi | Anbaan görüntülər

Dünya
27 sentyabr 2024
Rusiyanın doktrinanı dəyişməsi Qərbi nəyə vadar edəcək? - “Nəticəsi ağır olacaq!”

Rusiyanın doktrinanı dəyişməsi Qərbi nəyə vadar edəcək? - “Nəticəsi ağır olacaq!”

Dünya
27 sentyabr 2024
Ukrayna Rusiyanın bu ərazilərinə hücum etdi | Müharibədə son vəziyyət

Ukrayna Rusiyanın bu ərazilərinə hücum etdi | Müharibədə son vəziyyət

Dünya
27 sentyabr 2024
Ermənistandan KTMT-yə qarşı növbəti etiraz  | Təşkilatdan çıxmaq planları isə...

Ermənistandan KTMT-yə qarşı növbəti etiraz | Təşkilatdan çıxmaq planları isə...

Dünya
27 sentyabr 2024
Zelenski Trampdan nə xahiş etdi? - Gizli məktubun məğzi ortaya çıxdı

Zelenski Trampdan nə xahiş etdi? - Gizli məktubun məğzi ortaya çıxdı

Dünya
27 sentyabr 2024
Ölkədə qarışıqlıq olmasını istəmirik | Pezeşkian ABŞ-də yaşayan iranlılara səsləndi

Ölkədə qarışıqlıq olmasını istəmirik | Pezeşkian ABŞ-də yaşayan iranlılara səsləndi

Dünya
27 sentyabr 2024
Ermənistan bu ölkədən 500 km mənzilli ballistik raket əldə edəcək

Ermənistan bu ölkədən 500 km mənzilli ballistik raket əldə edəcək

Dünya
27 sentyabr 2024
Mobil telefonun həqiqi yaradıcısı niyə tanınmadı? - İlk telefonun özəllikləri

Mobil telefonun həqiqi yaradıcısı niyə tanınmadı? - İlk telefonun özəllikləri

Dünya
27 sentyabr 2024
Rusiya nüvə silahı ilə hücuma hazırlaşır? - Bütün məsuliyyəti o daşıyacaq!

Rusiya nüvə silahı ilə hücuma hazırlaşır? - Bütün məsuliyyəti o daşıyacaq!

Dünya
27 sentyabr 2024
Seçilmişlər
icon