Məhəllə sakinləri şoka düşdü | Bu ailənin getdiyi hər yer niyə yanır?
Türkiyənin Şanlıurfa şəhərində bir ailənin getdiyi hər yer yanır.
Qeyri-adi hadisə şəhərin Ceylanpınar mahalında baş verib.
Belə ki, mahalın Mədən məhəlləsindəki 8 nəfərlik ailənin evində gün ərzində bir neçə dəfə naməlum səbəblərdən yanğın baş verir. Vəziyyətdən təngə gələn ailə evdən çıxaraq qonşunun evində qalmağa məcbur olub. Lakin getdikləri evdə də yanğın başlayan ailə bu dəfə də qonşunun evini tərk edərək küçədə qalıblar. Əlacsız qalan ailə aidiyyəti qurumlardan yardım istəyib.
Bu qəribə hadisə məhəllədə qorxu və panika yaradıb. Eyni hadisənin baş verməsindən qorxan sakinlər səhərdən axşama qədər “Qurani-Kərim” dinləyiblər.
“Yanğın cümə axşamı günortadan sonra baş verib. Qısa müddət sonra şkafda yanğın baş verib. Yanğından sonra əşyalarımızı çölə çıxardıq və çöldəki əşyalar da yanmağa başladı. Gündə bir neçə dəfə yanğın baş verir. İçəri girə bilmirik, çöldə qalmağa məcburuq. Qonşumuzun evinə getdik, ora da yandı. Çox narahatıq, içəri girə bilmirik. Hər dəfə içəri girəndə yanğın baş verir”, – deyə ev sahibi Mehmet Mol söyləyib.
#Türkiyə teqi istifadə olunub
- Türkiyə DÇ-yə vəsiqə qazanarsa bu komandalara rəqib olacaq - Baku TV
- TDT ölkələri arasında bəyannamə imzalandı
- Türkiyəli nazirdən Rusiya və Ukraynaya çağırış
- Qara dənizdəki gərginlik Rusiya və Ukrayna çərçivəsindən çıxa bilər - Baku TV
- Naxçıvanda II Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu keçirilir
