Dünya
Pleyeri seçin:

Müharibə Rusiyanı çətin vəziyyətə saldı | Orduya cinayətkarlar da qoşulacaq, çünki…

26 sentyabr 2024

Sentyabrın 25-i Rusiya Prezidenti Vladimir Putin Təklükəsizlik Şurasının nüvə strategiyası ilə bağlı müzakirəsini ilk dəfə olaraq açıq keçirdi: müzakirə başlayan kimi dərhal əlindəki kağızdan nüvə silahı tətbiqindəki “yeni paketi” – nüvə doktrinasına dəyişiklikləri elan etdi.

Yeni doktrinada nələr vardı?

Rusiya bundan sonra düşmənin hətta adi silahlardan istifadə edərək, “ölkə suverenliyinə kritik təhlükə yaradacağı təqdirdə” nüvə silahına əl ata bilər.

Putin detalları da açıqladı: Nüvə dövlətinin dəstəyi ilə istənilən qeyri-nüvə dövlətinin Rusiyaya qarşı təcavüzü, aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması və onların dövlət sərhədini keçməsi barədə etibarlı məlumat əldə edildikdə nüvə zərbəsi ilə cavab veriləcək. Bura Belarusa hücum cəhdi də daxildir.

Həmin gün eyni zamanda Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan şəxslərin məhkəmə prosesinin və ya istintaqın dərhal dayandırılacağı haqda qanun da təsdiqləndi. Başqa sözlə, müharibəyə getmək istəyən hər hansı cinayətkarın həbsindən imtina edilir, onun cinayət işinə xitam verilir.

Bu, Rusiyanın orduya cəlb etmək üçün cinayətkarlardan və müttəhimlərdən istifadə etməsi məcburiyyətində qaldığı və bunu qanuniləşdirdiyini təsdiqləyir. Cinayətkara müharibəyə getməyi “şans kimi” təqdim etmək və onları azad etmək təhlükəli tendensiyadır, elə nüvə doktrinasına dəyişiklik də.

Bütün bunlar Rusiyanın müharibənin ağırlığını hiss etməsi, iqtisadi, hərbi zərbələrinin öhdəsindən gəlməkdə zorlanması anlamına gəlir.

Dünyaya meydan oxuyan Kreml Kurska girən Ukrayna qüvvələrini ərazisindən çıxara bilmir. Ukrayna dronları artıq Həştərxanda, hətta 2600 km uzaqlıqdakı Murmansk Hava Limanının fəaliyyətini iflic edir. Bu isə o deməkdir ki, 1000 km məsafədən çox uçan və Rusiyanın hərbi hava müdafiə sistemlərindən yayınmağı bacaran PUA-ların öhdəsindən gəlmək getdikcə çətinləşir. F-16-ların il sonuna qədər artacağı və Ukraynada hava məkanını nəzarətə götürəcəyi ehtimalı güclənir. Qərbin Ukraynaya öz uzaqmənzilli silahları ilə zərbələr endirməsinə razılıq verəcəyi də şübhəsizdir.

Beləliklə, müharibə Ukraynanın qələbəsi ilə başa çatmaya da bilər, ancaq Rusiyaya ilin sonuna qədər endirilən zərbələrin sayının artacağı və bunun ciddi fəsadlara yol açacağı ehtimalı yüksəkdir, əks halda ötən gün bu qədər həyəcanla iki dəyişiklik qəbul edilməzdi.

20 günlük sorğu-sualdan sonra həmin şəxs hər şeyi etiraf etdi | Detallar ortaya çıxdı

20 günlük sorğu-sualdan sonra həmin şəxs hər şeyi etiraf etdi | Detallar ortaya çıxdı

Dünya
26 sentyabr 2024
"Türkiyə gözəli" İdil Bilgen verdiyi sözünü tutmadı | Müzakirələrə səbəb olan qalib

"Türkiyə gözəli" İdil Bilgen verdiyi sözünü tutmadı | Müzakirələrə səbəb olan qalib

Dünya
26 sentyabr 2024
Ermənistan-İran dostluğu belə möhkəmlənir? | İran mediasından sensasiyalı məlumat

Ermənistan-İran dostluğu belə möhkəmlənir? | İran mediasından sensasiyalı məlumat

Dünya
26 sentyabr 2024
Həmin evlər darmadağın ediləcək! | Netanyahudan livanlılara növbəti xəbərdarlıq

Həmin evlər darmadağın ediləcək! | Netanyahudan livanlılara növbəti xəbərdarlıq

Dünya
26 sentyabr 2024
Brazilyada qaçaq həyatı yaşayan "Tosuncuk" nədə ittiham olunur? | Elə şeylər üzə çıxdı ki…

Brazilyada qaçaq həyatı yaşayan "Tosuncuk" nədə ittiham olunur? | Elə şeylər üzə çıxdı ki…

Dünya
26 sentyabr 2024
Rusiya nüvə arsenalını artırır? - Peskovdan sensasiya yaradan açıqlama

Rusiya nüvə arsenalını artırır? - Peskovdan sensasiya yaradan açıqlama

Dünya
26 sentyabr 2024
Qumdan cavab “həmlə”si | İsrailə qarşı görün hansı addımlar atılacaq

Qumdan cavab “həmlə”si | İsrailə qarşı görün hansı addımlar atılacaq

Dünya
26 sentyabr 2024
Bayden təcili İsrail və Livana səsləndi | ABŞ hərəkətə keçir?

Bayden təcili İsrail və Livana səsləndi | ABŞ hərəkətə keçir?

Dünya
26 sentyabr 2024
İsraildən "Hizbullah"a ardıcıl zərbələr | Anbaan görüntülər yayıldı

İsraildən "Hizbullah"a ardıcıl zərbələr | Anbaan görüntülər yayıldı

Dünya
26 sentyabr 2024
Telefondan istifadə barədə deyilməyənlər | Ürəyə, beyinə, qulağa elə təsir edir ki…

Telefondan istifadə barədə deyilməyənlər | Ürəyə, beyinə, qulağa elə təsir edir ki…

Dünya
26 sentyabr 2024
Seçilmişlər
icon