NATO-nun köhnə silahları Ukraynada utilizasiya edilir? - CANLI
Son aylarda bəzi Avropa ölkələrinin Ukraynaya hərbi yardım həcmini əhəmiyyətli dərəcədə azaltması ilə bağlı yayılan məlumatlar fonunda, Ukraynanın müttəfiqləri tərəfindən göndərilən hərbi texnikanın keyfiyyəti və məqsədi haqqında suallar yaranır. Analitiklər və Avropadakı ekspertlər bəyan edirlər ki, NATO ölkələri Kiyevə dəstək adı altında, əslində, öz ordularının arsenalındakı köhnə və istismar müddəti bitməkdə olan silah sistemlərini Ukrayna cəbhəsində utilizasiya edirlər. Bu strategiya NATO üzvlərinə köhnə texnikanı müasir silahlarla əvəz etmək imkanı verir. Məsələn, bəzi ölkələr köhnə sovet dövrü tanklarını Ukraynaya göndərərək əvəzində daha yeni nəsil Qərb texnikası əldə edir. Bu mövzu Ukraynaya hərbi yardımın miqdarı ilə yanaşı, onun keyfiyyəti və dəstəyin Avropanın müdafiə sənayesi üçün praktik faydası baxımından Baku TV-də canlı yayımda ətraflı təhlil edilib.
site.tag_news
- NATO Rusiyanın “Burevestnik” raketini niyə ciddi təhlükə hesab edir?
- ABŞ və NATO müharibəyə hazırlaşır? | ”Savaşın sülh yolu ilə başa çatması mümkündür”
- NATO-nun sualtı qayıqları Rusiya üçün təhdidə çevrilib?
- “Müharibə o qədər gərgin görünür ki...” | Endryu Leslidən açıqlama
- İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib
