Nüvə silahı daşıya bilən bombardmançılar Sado adası istiqamətində uçub
Rusiya Ordusunun strateji bombardmançı təyyarəsi olan “Tu-95S” oktyabrın 24-də Yapon dənizinin neytral suları üzərində uçuş həyata keçirib. Bombardmançı təyyarələrin uçuşları qırıcıların müşayiəti ilə reallaşdırılıb.
Yaponiya qırıcı təyyarələrinin havaya qaldırılması isə Rusiyanın bombardmançılarını izləmək məqsədi daşıyıb. Çünki Rusiyanın “Tu-95S” bombardmançıları nüvə silahı da daşıya bilir. Həm də uçuşlar Yaponiyanın hava məkanı və sahil xəttinə yaxın ərazidə təşkil olunub.
Bundan sonra Yaponiyanın Baş naziri Sanae Takaiçi parlamentdə çıxış edərək müdafiə gücünün artırılmasını vacib sayıb.
“Rusiya və Şimali Koreyanın hərbi fəallığı ciddi narahatlıq doğurur”, – deyə o bildirib.
Yaponiyanın Müdafiə Nazirliyindən isə bildirilib ki, Rusiyanın “Tu-95S” bombardmançıları “Su-35” qırıcı təyyarələrinin müşayiəti ilə əvvəlcə Sado adası istiqamətində hərəkət edirdi. Lakin sonra istiqaməti şimala doğru dəyişiblər.
Müdafiə naziri Sindziro Koidzumi qeyd edib ki, Ukraynadakı müharibəyə paralel Rusiya Ordusu hər gün Yaponiyanın ətrafında hərbi təlimlər keçirir.
#Sanae Takaiçi teqi istifadə olunub
- Çin-ABŞ-Yaponiya rəqabəti Tayvan ətrafında təhlükəli mərhələyə keçir
- Çinli siyasətçi Yaponiyanın Baş nazirini ölümlə hədələdi?
- Yaponiyanın parlament iclasında Baş nazirin çıxışı zamanı qəribə hadisə
- Şinzo Abenin istifadə etdiyi qolf çubuğu Trampa hədiyyə olunub
- “Takaiçi bundan istifadə edib hakimiyyətə gəldi...” | Yeni Baş naziri gözləyən çətinliklər
