Dünya
Pleyeri seçin:
Paşinyan sorğuya çəkiləcək
“Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyaya çağırılıb”.
Bunu ölkə parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan bildirib. Onun sözlərinə görə, iyun ayında komissiyada dindiriləcək hökumət başçısı bir çox suala cavab verməli olacaq və onun cavabları ictimaiyyətə açıqlanacaq.
“Biz məğlubiyyətimizin səbəblərini öyrənməliyik, harada səhv etdiyimizi başa düşmək üçün istintaq komissiyası yaratmışıq”, – deyə Andranik Koçaryan əlavə edib.
Kopyalandı
Seçilmişlər