Paşinyanın ölkədə 10 yeni məscidin tikintisi ilə bağlı təşəbbüs irəli sürdüyü deyilir
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə daxilində on yeni məscidin tikintisinə təşəbbüs göstərib.
Bu barədə Türkiyənin ODATV nəşri Ermənistan hökumətinə yaxın mənbələrə istinadən məlumat yayıb.
Jurnalistlər beş məscidin Ermənistan-Türkiyə sərhədinə bitişik ərazilərdə, qalanlarının isə böyük şəhərlərdə tikiləcəyini dəqiqləşdiriblər.
Nəşr yazır ki, təşəbbüsü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəstəkləyib və o, layihəni iki ölkə arasında mədəni və dini əlaqələri gücləndirmək üçün bir fürsət kimi dəyərləndirib. Ermənistan əhalisinin təxminən 98 faizinin xristian olmasına baxmayaraq, Baş nazir Paşinyan Ərdoğanın təklifini dəstəkləyib və artıq Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi vasitəsilə layihə üçün maliyyələşdirməni təmin edib. Ermənistanda yeni məscidlərin tikintisinə dekabrın əvvəlində başlanacağı deyilir.
Qeyd edək ki, hazırda ölkədə yalnız bir məscid var. Bu da İrəvandakı məşhur Göy məsciddir. Məqalə müəlliflərinin fikrincə, bu addım İrəvanın mədəni müxtəlifliyi təşviq etmək və iki tarixi qonşunu və qədim xalqı ayıran mübahisələrin öhdəsindən gəlmək istəyini nümayiş etdirir.
#Ermənistan teqi istifadə olunub
- Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşdü - Baku TV
- Ermənistandakı azərbaycandilli media layihəsi fəaliyyətini niyə dayandırdı? - Baku TV
- İrəvan-Bakı münasibətlərindəki nisbi yumşalma Tiflis-Moskva xəttində nə vəd edir? - ANALİTİK BAXIŞ
- Hikmət Hacıyev Dohada keçirilən beynəlxalq forumda vacib mesajlar verdi - Baku TV
- Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans keçirilib - Baku TV
