Polşa Baş naziri xəbərdarlıq etdi | Müharibə elə bir mərhələyə keçdi ki…
“Son bir neçə 10 saat ərzində baş verən hadisələr qlobal münaqişə təhlükəsi daşıyır”.
Bunu Polşanın Baş naziri Donald Tusk noyabrın 22-si Varşavada Polşa Müəllimlər Assosiasiyasının qurultayında çıxışı zamanı deyib.
Polşa hökumətinin başçısı qeyd edib ki, indi hamı Polşa və Avropanın düşdüyü tarixi vəziyyətin şahididir.
“Şərqdə müharibə həlledici mərhələyə qədəm qoyur. Hamımız bunu bilirik, naməlum bir şeyin yaxınlaşdığını hiss edirik. Bu münaqişənin sonunu heç birimiz bilmirik. Bununla belə, bilirik ki, münaqişə indi çox dramatik formalar alır. Son bir neçə on saat ərzində baş verən hadisələr göstərir ki, qlobal münaqişə kontekstində bu təhlükə həqiqətən ciddi və realdır”, – deyə D.Tusk vurğulayıb.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi zamanı baş verən dramatik hadisələrdən mühüm nəticə çıxarmaq olar.