Qardaş ölkə musson yağışları altında çökdü | 780-dən çox insan həlak oldu
Musson yağışlarından sonra Pakistanda təbii fəlakətlər davam edir.
Xeybər-Paxtunxva vilayətinin Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin məlumatına görə, qəfil daşqınlar nəticəsində ölənlər var.
“Reuters”də yayılan məlumata görə, Pəncab vilayətində də vəziyyət kritik olaraq qalmaqdadır. Satlec çayının sahilindəki kəndlərin sakinlərinə təcili təxliyə çağırışı edilib.
Çayda suyun səviyyəsi pik həddə çatıb. Ən təhlükəli vəziyyət Qanda Sinqx Vala rayonunda elan olunub. Son sutkada 19 min insan subasma riski ilə üz-üzə olan ərazilərdən köçürülüb. Kasur, Okara, Pakpattan, Bahavalnaqar və Veharidə xilasetmə işləri davam etdirilir.
Könüllü təxliyəyə üstünlük verilsə də, bəzi insanlar yaşadıqları ərazini tərk etmək istəmirlər. Mənzil, mal-qara, və təsərrüfatın mühafizəsi səbəb gətirilir.
#Pakistan teqi istifadə olunub
- Pakistan–Hindistan sərhədində gərginlik | Xüsusi qrup zərərsizləşdirildi
- Pakistan və Əfqanıstan nədə razılığa gələ bilmədi?
- İmran Xanın ölüm xəbəri gerçək imiş, yoxsa...
- “İmran xanı hakimiyyətə gətirənlər də cəzalandırılmalıdır” | Nəvaz Şərif
- İmran Xanın müəmmalı ölümü ilə bağlı iddia | Sabiq baş nazirin bacıları nələri açıqladı?
