Pleyeri seçin:
"Döyüşlər bundan sonra başladı" | Kamboca-Tailand toqquşmaları artacaq?
“Ölkə əhalisi həmrəy olmalıdır. Kamboca Ordusu Tailanda soxulmaq istəyib, bundan sonra döyüşlər başlayıb. Vəziyyət müharibə həddinə çata bilər, çünki hərbi toqquşmalarda ağır artilleriyadan istifadə olunur. Ərazi bötövlüyümüzü qoruyuruq”.
Bunu Tailandın Baş nazir vəzifəsini icra edən Phumtam Veşayçay deyib.
Tailandın kontr-admiralı Surasant Konqsiri isə qeyd edib ki, Kamboca ağır artilleriyadan istifadə edərək dinc sakinləri hədəf almağa davam edir:
“12 rayonda hərbi toqquşmalar qeydə alınıb. Daxili İşlər Nazirliyi Surin, Ubonratçathani, Sisaket və Buriram vilayətlərindən 130 min insan təxliyə edib”.
Qeyd edək ki, hərbi toqquşmalarda 16 nəfərin öldüyü bildirilir. Gərginliyin yaranmasına görə isə hər iki tərəf bir-birini ittiham edir.
Kopyalandı
