"Vaqner" qiyamı Putinin reytinqinə təsir edib?
Rusiyada bir sorğuda iştirak edənlərin 46%-i iyunun 23-24-də qiyam qaldıran “Vaqner”in qurucusu Yevgeni Priqojinin Müdafiə Nazirliyini tənqid etməsini haqlı sayıb.
Bu barədə “Levada” sorğu mərkəzi məlumat yayıb. Sorğu bu ilin iyun ayının 28-dən iyulun 1-nə qədər aparılıb.
Araşdırma müəlliflərinin fikrincə, “Vaqner” qiyamı Rusiya prezidentinin reytinqlərinə təsir göstərməsə də, Sergey Şoyquya ictimai dəstəyin azalmasına səbəb olub. Eyni zamanda, Y.Priqojinə münasibət kəskin şəkildə pisləşib və indi hər beş rusiyalıdan yalnız biri onu dəstəkləyir. “Levada Mərkəzi”nin iyunun 23-dən 29-dək keçirdiyi sorğuda Y.Priqojinə müsbət yanaşanlar 58% civarında olub.
Sorğuda iştirak edənlərin üçdə ikisi isə “Vaqner”in Ukrayna münaqişəsində iştirakını yüksək qiymətləndirib.
Respondentlərin təxminən üçdə biri 23-24 iyun hadisələri nəticəsində hakimiyyət ətrafında konsolidasiya olacağını gözləyir, lakin təxminən yarısı hər şeyin əvvəlki kimi qalacağını bildirib.