Dünya
Pleyeri seçin:
Rusiya-Ukrayna müharibəsi Şakira üçün ağır itkiyə səbəb oldu
Kolumbiyalı müğənni Şakiranın qohumu Rafael Mebarak Ripoli Kursk vilayətində gedən döyüşlərdə həlak olub. Bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunur ki, 31 yaşlı muzdlu Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birində xidmət edib.
Məşhur müğənninin əmisi oğlu sentyabrın əvvəlində Kursk vilayətinə gedib. Onun yanmış cəsədi daha sonra DNT ilə müəyyən edilib. Oktyabr ayında onun qalıqları Kolumbiyaya aparılaraq ailə məzarlığında dəfn olunub.
Kopyalandı
Seçilmişlər