Rusiya və Macarıstan əlaqələrini kim pozdu? - Rusiyalı politoloqdan açıqlama
Macarıstanın Avropa Birliyinə sədrliyi rəsmi olaraq iyul ayında başlayır və Viktor Orbanın Vladimir Putinin andiçmə mərasimində mümkün iştirakı hələlik yalnız Macarıstanın lideri kimi olacaq. Lakin bu, Avropa Parlamentinə üzv olan bütün ölkələrdə seçkilərin ab-havası üçün böyük əhəmiyyət kəsb edəcək.
Bu sözləri rusiyalı politoloq Vitali Arkov Macarıstan Baş naziri Viktor Orbanın Prezident V.Putinin 7 mayda keçiriləcək andiçmə mərasiminə qatılması ehtimalı haqda qeyd edib.
O bildirib ki, ictimai rəyin ölçülməsi həm əhalinin Ukraynadakı münaqişədən artan yorğunluğunu, həm də Rusiya ilə geniş münasibətlərin tezliklə bərpa olunmasının vacibliyini aydın şəkildə göstərir:
“Axı “Böyük qardaş”ın maraqları və təzyiqi altında Rusiya ilə əlaqələrin süni şəkildə kəsilməsi Avropa ölkələrini, xüsusilə iqtisadi aspektdə nəzərəçarpacaq dərəcədə geri salır”.