Serialı əxlaqsızlıqda günahlandırılan Özcan Dəniz od püskürdü
Türkiyəli aktyor Özcan Dəniz baş rolunu canlandırdığı, Azərbaycanda da böyük əks-səda doğuran qalmaqallı “Kızıl goncalar” serialı barədə paylaşım edib.
Türkiyə mətbuatı xəbər verir ki, aktyor ekran işinin cəza alaraq iki bölüm yayımlanmamasına münasibət bildirib:
“Əxlaq keşikçisi deyiləm. Lakin karyeramın ən əxlaqlı işinin içində olduğumu düşünürdüm. Serial dramatik şəkildə əxlaqsızlıqda günahlandırıldı. Həm də əxlaqsızlıq dənizinin içindən seçilərək. Yanvarın 22-dən yenidən ekranlardayıq”.
Qeyd edək ki, baş rollarını Özgü Namalla Özcan Dənizin paylaşdığı ekran işi barədə Türkiyə Radio və Televiziya Ali Şurasına şikayət edilmişdi. Qurum məzhəblərin və təriqətlərin reallıqlarını uydurma şəkildə izah edən serialın “milli və milli mənsubiyyətə” zidd olduğunu əsas gətirərək 9 milyon lirə pul cəzası vermişdi.