Su qiymətinə satılan bu qədim qalanın sirri nədir?
Finlandiyanın cənub-şərqində, Kotka şəhəri yaxınlığında yerləşən tarixi Kyumeneqorod qalasına yeni nəfəs veriləcək.
Şəhər rəhbərliyi bu tarixi abidəni Finlandiya hökumətindən rəmzi qiymətə ‒ 1 avroya, təxminən 2 manata satın alaraq onu turizm və mədəniyyət mərkəzinə çevirmək niyyətindədir. Qala 18-ci əsrin sonlarında, Rusiya imperiyası ilə İsveç arasında gedən müharibələr dövründə müdafiə məqsədilə inşa olunub.
1791-1795-ci illərdə tikilmiş bu ulduz formalı istehkam bir zamanlar bölgədəki strateji mövqeyə nəzarət edirdi. Rusiya-İsveç müharibəsindən sonra qala hərbi əhəmiyyətini itirsə də, bir müddət müxtəlif məqsədlərlə, o cümlədən qaçqın düşərgəsi, hərbi təlim sahəsi və xəstəxana kimi istifadə olunub. Sonuncu dəfə 2005-ci ildə Finlandiya Müdafiə Qüvvələri tərəfindən istifadə edilən abidə illərlə baxımsız vəziyyətdə qalmışdı.
Kotka şəhər rəhbərliyi tərəfindən açıqlanan planlara görə, qala ərazisində muzey, sərgi sahələri və tarixi tədbirlər üçün məkanlar yaradılacaq. Prosesin yaxın illərdə tam olaraq həyata keçirilməsi və qalanın ictimaiyyətə açılması planlaşdırılır.
#Finlandiya teqi istifadə olunub
- İlham Əliyev Finlandiya Prezidentini təbrik edib - Baku TV
- Finlandiyalı xizəkçi, olimpiya mükafatçısı Krista Parmakoski bu tarixdə karyerasını bitirəcək
- İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- NATO-dan Kremli hiddətləndirəcək addım
- İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Prezidenti ilə görüşdü
