Dünya
Pleyeri seçin:

Ukrayna və Böyük Britaniya arasında imzalanan sənəddə müəmmalı məqamlar

17 yanvar 2025 91 baxış

“Böyük Britaniya ilə Ukrayna arasında “100 illik tərəfdaşlıq” adlı sazişin məhz bu məqamda imzalanmasının bir çox səbəbləri var”.

Bu sözləri “Yeni Çağ”a söhbətində britaniyalı politoloq Neil Uotson deyib.

Analitik Ukrayna və Böyük Britaniya arasında imzalanan məlum sazişin pərdəarxası məqamlarını şərh edib.

Onun sözlərinə görə, birincisi, Rusiya əvvəllər əldə etdiyindən daha böyük nailiyyətlər qazanır:

“Ruslar Şərqi Ukraynada – Donbasa Pokrovskun cənub-qərbinə gedən əsas magistral yol və dəmir yolunu kəsiblər. Bu, Rusiyaya göstərilən bir siqnaldır ki, Avropa İttifaqı (Aİ) və NATO-dakı siyasi çalxantılara baxmayaraq, Böyük Britaniya Ukraynanı qətiyyətlə dəstəkləyir.

İkincisi, bir neçə gün sonra Donald Tramp Administrasiyası işə başlayacaq və prezident seçilmiş D.Tramp bir neçə dəfə Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edib. O, açıq şəkildə bildirib ki, ABŞ-nin Ukraynaya dəstəyini azaldacaq və ya tamamilə dayandıracaq, Ukraynanı Rusiya ilə kompromis razılaşmaya məcbur edəcək.

Böyük Britaniyanın Baş naziri Kir Starmer də sol mərkəzçi Leyboristlər Partiyasından çıxış edərək ABŞ və Böyük Britaniya arasındakı xüsusi münasibətlərə baxmayaraq, İngiltərənin ABŞ-nin bütün siyasətlərini dəstəkləməyəcəyini, o cümlədən Ukrayna tərəfdarı mövqedən fərqli bir yol izləyəcəyini nümayiş etdirir

Üçüncüsü, bu, daxili bir səbəblə bağlıdır. Yalnız bir müddət əvvəl seçilmiş Baş nazir K.Starmer Böyük Britaniya iqtisadiyyatını transformasiya etməyə çalışır və ölkə əhalisinin böyük bir hissəsi üçün vergiləri artırıb. O, populyarlığını qoruyub saxlamaq üçün Ukraynaya dəstək və anti-Rusiya mövqeyinə ehtiyac duyur. Çünki Rusiya və ondan öncə də SSRİ son bir əsrdə Qərbin düşməni kimi qəbul olunub. Bundan əlavə, o, artıq Ukraynaya ayrılmış 12 milyard funt sterlinqi və Ukraynaya “nə qədər lazımdırsa” hər il 3 milyard funt sterlinq ayırmaq vədini əsaslandırmalıdır”.

N.Uotson onu da vurğulayıb ki, Böyük Britaniya və Fransa hərbi kontingentlərin göndərilməsinə yaxınlaşsalar da, hələ də Rusiya ilə birbaşa qarşıdurmadan çəkinirlər:

“Rusiyanın “xüsusi hərbi əməliyyatlar”ı güclü mövqedədir. K.Starmerin bəyanatlarına baxmayaraq, münaqişə NATO-nu daha sıx birləşdirməyib, çünki ABŞ Ukraynaya dəstəyini azaldır və ya dayandırır, Rusiya isə müttəfiqlər qazanır. Məncə, sağlam düşüncə üstünlük təşkil edəcək və Rusiya ilə Böyük Britaniya-Fransa qoşunları arasında birbaşa qarşıdurma baş verməyəcək”.

Ermənistanda kilsədə dəhşətli partlayış baş verdi | Xəsarətalanlar var

Ermənistanda kilsədə dəhşətli partlayış baş verdi | Xəsarətalanlar var

Dünya
15 fevral 2025 91 baxış
Alimlərdən "H3+"un əmələ gəlməsi ilə bağlı mühüm kəşf | Detallar açıqlandı

Alimlərdən "H3+"un əmələ gəlməsi ilə bağlı mühüm kəşf | Detallar açıqlandı

Dünya
15 fevral 2025 91 baxış
Zelenski Ukrayna-Rusiya müharibəsindən danışdı | Şərtlər açıqlandı

Zelenski Ukrayna-Rusiya müharibəsindən danışdı | Şərtlər açıqlandı

Dünya
15 fevral 2025 91 baxış
İnsanların sümüklərindən görün nə hazırlanıb | Tükürpərdən faktlar

İnsanların sümüklərindən görün nə hazırlanıb | Tükürpərdən faktlar

Dünya
15 fevral 2025 91 baxış
Əl yükündə nəyi daşımaq olmaz | Aviaşirkətdən sərnişinlərə qadağa

Əl yükündə nəyi daşımaq olmaz | Aviaşirkətdən sərnişinlərə qadağa

Dünya
15 fevral 2025 91 baxış
Bir neçə dəqiqədə elə şeylər oldu ki... | Dəhşətli təhlükə barədə xəbərdarlıq

Bir neçə dəqiqədə elə şeylər oldu ki... | Dəhşətli təhlükə barədə xəbərdarlıq

Dünya
15 fevral 2025 91 baxış
ABŞ Vinniklə bağlı qərar verdi | Vəkildən qələbə açıqlaması

ABŞ Vinniklə bağlı qərar verdi | Vəkildən qələbə açıqlaması

Dünya
15 fevral 2025 91 baxış
İsrail və Fələstin arasında növbəti əsir mübadiləsi | Detallar açıqlandı

İsrail və Fələstin arasında növbəti əsir mübadiləsi | Detallar açıqlandı

Dünya
15 fevral 2025 91 baxış
“Dünyanın ən zənginləri” yeniləndi | Bayraktar qardaşları siyahıda üst sıralarda

“Dünyanın ən zənginləri” yeniləndi | Bayraktar qardaşları siyahıda üst sıralarda

Dünya
15 fevral 2025 91 baxış
6-7-ci əsrlərdə hansı oyunu oynayırdılar? - Tapıntı ortaya çıxardı ki...

6-7-ci əsrlərdə hansı oyunu oynayırdılar? - Tapıntı ortaya çıxardı ki...

Dünya
15 fevral 2025 91 baxış
Seçilmişlər
icon