Ukraynanın qisasını onlar alacaq? – Müharibənin gedişatını dəyişdirəcək xəbər
NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ukrayna Şimali Atlantika Alyansının ilk müdafiə xəttidir və buna görə də üzv dövlətlər onu dəstəkləməyə davam edir.
Ruttenin bəyanatı NATO-nun saytında dərc olunub. Onun sözlərinə görə, Alyans ukraynalılara kömək edir, çünki bu, blokun dəyərlərinə və kollektiv təhlükəsizliyə aiddir.
"Buna görə də onların mübarizəni davam etdirmələri çox vacibdir. Bu səbəbdən biz onları dəstəkləməyə davam edirik", – Rutte bildirib.
Baş katibin sözlərinə görə, NATO “dron divarı” yaratmalıdır: "Alyans cəmi bir neçə min dollara başa gələn pilotsuz uçuş aparatlarını məhv etmək üçün raketlərə milyonlarla avro və ya dollar xərcləyə bilməz".
Sentyabrın 30-da NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib ki, Avropa Ukraynanın müdafiəsinə öz hesabına pul xərcləməlidir.
#Mark Rutte teqi istifadə olunub
- Rutte Rusiyanın nüvə sınaqları ilə bağlı suallara istehzalı cavab verdi
- NATO-nun baş katibi ABŞ-də | Tramp Rusiyaya yeni sanksiyalar tətbiq edəcək? - 24 SAAT
- ABŞ-nin "Rosneft" və "Lukoil"a qarşı sanksiyaları sülhyaratma məqsədi daşıyır
- ABŞ Senatı Rusiya əleyhinə 3 qanunu təsdiqlədi
- Tramp 9-cu müharibəni bitirməyə doğru irəlilədiyini deyib
