Hadisə
Pleyeri seçin:
Bakıda qırmızı işıqdan keçən avtomobil qəza törədib
Nəsimi rayonunda iki minik avtomobili toqquşub.
Hadisə Rəşid Behbudov və Süleyman Rüstəm küçələrinin kəsişməsində baş verib.
S.Rüstəm küçəsində hərəkətdə olan "BYD" markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman Rəşid Behbudov küçəsi ilə hərəkətdə olan "Opel" markalı nəqliyyat vasitəsi "BYD"-yə çırpılıb.
Qəza zamanı xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib.
Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
Kopyalandı
Seçilmişlər