Ana səhifə Hadisə Bakıda avtomobil sərxoş piyadanı vurub
Ölçünü dəyiş

Bakıda avtomobil sərxoş piyadanı vurub

Hadisə
04 Oktyabr 2019, 05:26
37 görüntü
0
Paylaş:
Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Qəza Vaqif prospektində, “Koroğlu” parkının yaxınlığında qeydə alınıb.
 
55 yaşlı Aslanov Nəbi Paşa oğlu anidən yüksək sürətli yola çıxıb. Bu zaman küçə ilə hərəkətdə olan “Opel” markalı avtomobil onu vuraraq ağır xəsarət yetirib. Daha sonra nəqliyyat vasitəsi səkiyə dəyərək dayanıb.
 
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. N.Aslanovun vəziyyəti orta-ağır qiymətləndirilir.
 
İlkin məlumata görə, N.Aslanov sərxoş vəziyyətdə olub. Hadisəni törədən şəxs isə taksi fəaliyyəti ilə məşğul olur.
 
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Kamil Əmirli
Elşad Mətləboğlu
Şərhlər