Hadisə
Pleyeri seçin:
Anidən yola çıxan piyadanı avtomobil vuraraq öldürüb
Bakının Yasamal rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Tbilisi prospektində qeydə alınıb.
Xaqani Səfərov idarə etdiyi "BMW" markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən yüksək sürətli hərəkət zolağına təxminən, 50-55 yaşlı kişi çıxıb.
Xəqani Səfərov piyadanı vurmamaq üçün avtomobili yayındırmağa çalışsa da, kişi avtomobilin altında qalıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyitə ilkin baxış keçirilən zaman üzərindən şəxsiyyətini təsdiq edən heç bir sənəd aşkarlanmayıb.
Əraziyə Yasamal Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal Rayon Şöbəsinə təhvil verilib.
Hadisənin təfərrüatı üzrə araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
Kopyalandı
Seçilmişlər