Ölçünü dəyiş
Kürdəmirdə dəhşətli qəzada üç nəfər xəsarət aldı
Hadisə
06 Noyabr 2019, 06:28
38 görüntü
Paylaş:
Bakı-Qazax magistral yolunun 180-ci kilometrliyində yük və minik avtomobilləri toqquşub.
Qəza magistralın Kürdəmir rayonu, Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Kürdəmir rayon sakini Abbasov İsa Köçəri oğlu idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən eyni istiqamətlə gedən və Ağsu rayon sakini Rüstəmov Famil Əjdər oğlunun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində “Kamaz” və “VAZ-2106”nın sürücüləri və minik avtomobilində olan sərnişin Məmmədova Zenfira Köçəri qızı xəsarət alıblar.
Hadisə yerinə polis əməkdaşları və Təcili Tibbi Yardım briqadaları cəlb olunub.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər