Ana səhifə Hadisə Bakıda məşhur restoranda yanğın baş verib
Ölçünü dəyiş

Bakıda məşhur restoranda yanğın baş verib

Hadisə
21 Noyabr 2019, 05:06
31 görüntü
0
Paylaş:

Binəqədi rayonunda yerləşən restoranda yanğın baş verib.

Hadisə Biləcəri dairəsi yaxınlığında, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı “Qoşa çinar” restoranında qeydə alınıb. Yanğın restoranın manqal üçün nəzərdə tutulan tüstü bacasında başlayıb.

Alovların sahəsi genişləndiyindən restoranın elektrik enerjisi dayandırılıb.

Hadisə yerinə FHN-in 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın qısa zamanda söndürülüb, alovlaran ətraf əraziyə keçməsinin qarşısı alınıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

Baku TV

Şərhlər