Bakıda toqquşan avtomobillərin sürücüləri xəsarət alıb
Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər yaralanıb.
Qəza Rüstəm Rüstəmov küçəsində, yanacaq doldurma məntəqəsinin qarşısında qeydə alınıb.
23 yaşlı Babayev İbrahim İmran oğlu idarə etdiyi “Lada” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomaşın qarşıdan gələn 34 yaşlı Rzayev Elman Gülmirzə oğlunun idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Qəza zamanı hər iki avtomobilin sürücüləri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, İbrahim Babayevə hər iki ayağın sınığı diaqnozu qoyulub.
Əraziyə Sabunçu Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
Baku TV