Bakıda toqquşan avtomobillər tıxaca səbəb olub
Nərimanov rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Ziya Bünyadov prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb.
“AzSamand” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən nəqliyyat vasitəsində nazaslıq yaranıb. Bu zaman sürücü avtomobili körpü üzərində saxlayıb.
Daha sonra arxadan gələn “Mercedes” markalı nəqliyyat vasitəsi “AzSamand”a çırpılıb.
Zərbənin təsirindən “AzSamand” bir neçə metr irəliyə doğru gedərək fırlanıb və səkiyə dəyərək dayanıb. Qəza zamanı “AzSamand”ın sürücüsü və sərnişinlər - 1988-ci il təvəllüdlü Sadıqova Nuridə Əfqan qızı və 1995-ci il təvəllüdlü Tanrıverdiyeva Lətafət Əfqan qızı xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. Nuridə Sadıqovaya kəllə-beyin travması, Lətafət Tanrıverdiyevaya bel və oma nahiyəsinin küt travması diaqnozu qoyulub.
Hadisə nəticəsində yolda sıxlıq yaranıb. Əraziyə DYP əməkdaşları cəlb edilib
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu