Hadisə
Pleyeri seçin:
Gəncədə zəncirvari qəzada 5 maşın toqquşub
Gəncə şəhərində 5 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Qəza zamanı 5 nəqliyyat vasitəsi - “Ford” markalı yük maşını, 2 ədəd “VAZ 2107” və 2 ədəd “Mercedes” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.
İlkin məlumata görə, qəzaya səbəb “Ford” markalı yük maşınının qarşı yola çıxması olub.
Əraziyə Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşları cəlb olunub. Avtotexniki ekspertiza təyin edilib.
Hadisənin təfərrüatı araşdırılır.
Kopyalandı
Seçilmişlər