Hadisə
Pleyeri seçin:

Bakıda 3 avtomobil toqquşub, 5 nəfər yaralanıb

03 dekabr 2019 9586 baxış

Binəqədi rayonunda 3 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

İlkin məlumata görə, 25 yaşlı Naqutin Aleksandr Valerieviç sərxoş halda və yüksək sürətlə idarə etdiyi “10-MD-081” dövlət nişanlı nişanlı “BMW”markalı avtomobillə metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Bu zaman avtomobil əks yola keçib. Nəticədə avtomaşın əks hərəkət zolağı ilə hərəkətdə olan və Tural Rəhmanovun idarə etdiyi “99-FE-712” dövlət nömrə nişanlı “BMW”və “Opel”markalı nəqliyyat vasitələrinə çırpılıb.

Qəza zamanı hər iki “BMW”markalı avtomobillərin sürücüləri, eləcə də, sərnişinlər, hamilə vəziyyətdə olan Marina adlı xanım, 23 yaşlı Quliyev Teymur Tofiq oğlu və Elvin Niftəliyev xəsarət alıblar.

Yaralılar 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hamilə olan Marina adlı xanımın vəziyyətinin ağır olduğu bildirilib. Aleksandr Naqutinə sol qolun və sağ bud sümüyünün sınığı, Teymur Quliyevə isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisə nəticəsində avtomobillər deformasiyaya uğrayıb, nəqliyyat vasitələrinin benzini yola dağılıb.

Qəza səbəbindən yolun hər iki istiqamətində tıxac yarandığından hərəkət məhdudlaşdırılıb.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin briqadası və DYP əməkdaşları cəlb edilib. YPX əməkdaşları tənzimləmə işləri aparıb, sürücüləri alternativ yolla hərəkət etmələri üçün istiqamətləndirib.

Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

Kopyalandı
Nəsib Quliyev dəhşətli şəkildə öldü | Baş Prokurorluqdan təcili məlumat

Nəsib Quliyev dəhşətli şəkildə öldü | Baş Prokurorluqdan təcili məlumat

Hadisə
24 aprel 2024 9586 baxış
Mağazada baş verən yanğına kim səbəb olub? | DİN-dən açıqlama

Mağazada baş verən yanğına kim səbəb olub? | DİN-dən açıqlama

Hadisə
24 aprel 2024 9586 baxış
Məni sevdiyimin yanında dəfn edin demişdi | Mərhumun bacısı

Məni sevdiyimin yanında dəfn edin demişdi | Mərhumun bacısı

Hadisə
24 aprel 2024 9586 baxış
Mənim qızımı oğurlayıblar | Qaçırılan qızın atası

Mənim qızımı oğurlayıblar | Qaçırılan qızın atası

Hadisə
24 aprel 2024 9586 baxış
Xəstə bədbəxt hadisə nəticəsində həyatından oldu

Xəstə bədbəxt hadisə nəticəsində həyatından oldu

Hadisə
24 aprel 2024 9586 baxış
Mingəçevir məktəbində dəhşətli hadisə | Həkimdən açıqlama

Mingəçevir məktəbində dəhşətli hadisə | Həkimdən açıqlama

Hadisə
23 aprel 2024 9586 baxış
15 yaşlı oğlanın cansız bədəni mağazada tapıldı | Astarada dəhşətli hadisə

15 yaşlı oğlanın cansız bədəni mağazada tapıldı | Astarada dəhşətli hadisə

Hadisə
23 aprel 2024 9586 baxış
Şəkidə 64 yaşlı qadın yoxa çıxıb | DİN hadisə ilə bağlı məlumat yaydı

Şəkidə 64 yaşlı qadın yoxa çıxıb | DİN hadisə ilə bağlı məlumat yaydı

Hadisə
23 aprel 2024 9586 baxış
Gəncədə film kimi hadisə | DİN-dən təcili açıqlama

Gəncədə film kimi hadisə | DİN-dən təcili açıqlama

Hadisə
23 aprel 2024 9586 baxış
DİN-dən vacib məlumat | Xankəndidə təhlükəli anlar

DİN-dən vacib məlumat | Xankəndidə təhlükəli anlar

Hadisə
23 aprel 2024 9586 baxış
Seçilmişlər
icon