Hadisə
Pleyeri seçin:

Yanğın baş verən ərazidəki son vəziyyət Baku TV-də

11 dekabr 2019 17285 baxış
Dekabrın 10-da səhər saatlarında Bakının Binəqədi rayonunda fəaliyyət göstərən tikinti materiallarının satıldığı “Eurohome” ticarət mərkəzində yan baş vermişdi.
İlkin məlumata görə, elektrik naqillərində yaranan qısaqapanmadan başlayan yanğın qısa zamanda demək olar ki, bütün bazarı əhatə edib.
Fövqəladə Hallar Nazirliyi dərhal 3-cü dərəcəli çağırış edərək əraziyə xeyli sayda texnika və canlı qüvvə, eləcə də, 3 helikopter, eləcə də Xüsusi Riskli Xilasetmə Xidmətinin briqadalarını cəlb edib. Eyni zamanda, hadisə yerinə 8 təcili tibbi yardım briqadası, xeyli sayda polis əməkdaşları cəlb edilib.
Baku TV-nin əməkdaşları gecə saatlarında yanğın baş verən əraziyə baş çəkib, hadisə yerindəki son vəziyyətlə maraqlanıb.
Ərazidə çəkiliş aparan zaman tüstülənmə müşahidə edilirdi. Bu səbəbdən gecə boyunca Yanğından Mühafizə Xidmətinin 3 briqadası yoxlama-nəzarət işləri aparıb. Ərazidə olan polis əməkdaşları isə oğurluq və digər neqativ halların baş verməməsi üçün xidmət aparıb.
Yanğından geriyə qalan isə mağazalardakı müxtəlif növ tikinti materiallarının külləri və bazarın xarabalığa bənzər qalıqları olub.
Qeyd edək ki, yanğın yerinə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib. Nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, alovun miqyası böyük olduğundan nazirliyin helikopterləri vasitəsilə 150 tona yaxın su ilə yanğına havadan müdaxilə edilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, əraziyə 8 təcili tibbi yardım briqadası göndərilib. Yanğın zamanı səkkiz nəfərə yerində ilkin tibbi yardım göstərilib. Dörd nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər isə əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Yanğın tam söndürülənədək Bakı-Sumqayıt şossesində hərəkət məhdudlaşdırılıb. Yol hərəkətinin tənzimlənməsi işində DİN Baş DYP İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov şəxsən iştirak edib.
Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Kamil Əmirli
Elşad Mətləboğlu
Kopyalandı
Şəkidə 64 yaşlı qadın yoxa çıxıb | DİN hadisə ilə bağlı məlumat yaydı

Şəkidə 64 yaşlı qadın yoxa çıxıb | DİN hadisə ilə bağlı məlumat yaydı

Hadisə
23 aprel 2024 17285 baxış
Gəncədə film kimi hadisə | DİN-dən təcili açıqlama

Gəncədə film kimi hadisə | DİN-dən təcili açıqlama

Hadisə
23 aprel 2024 17285 baxış
DİN-dən vacib məlumat | Xankəndidə təhlükəli anlar

DİN-dən vacib məlumat | Xankəndidə təhlükəli anlar

Hadisə
23 aprel 2024 17285 baxış
Naxçıvanda ağır qəza | Ölən və yaralananlar var

Naxçıvanda ağır qəza | Ölən və yaralananlar var

Hadisə
23 aprel 2024 17285 baxış
Yaşlı qadın quyuda can verdi | Kürdəmirdə dəhşətli hadisə

Yaşlı qadın quyuda can verdi | Kürdəmirdə dəhşətli hadisə

Hadisə
23 aprel 2024 17285 baxış
Ödənişli yolda qəza oldu | Xəsarət alanlar var

Ödənişli yolda qəza oldu | Xəsarət alanlar var

Hadisə
23 aprel 2024 17285 baxış
Təcili tibbi yardım sürücüsü ilə valideyn arasında gərginlik yaşandı | Qurumdan açıqlama

Təcili tibbi yardım sürücüsü ilə valideyn arasında gərginlik yaşandı | Qurumdan açıqlama

Hadisə
22 aprel 2024 17285 baxış
Azərbaycanlının qətli ilə bağlı yeni xəbər | Moskva

Azərbaycanlının qətli ilə bağlı yeni xəbər | Moskva

Hadisə
22 aprel 2024 17285 baxış
Xəzərdə İrana məxsus qayıq saxlanıldı | Anbaan görüntülər

Xəzərdə İrana məxsus qayıq saxlanıldı | Anbaan görüntülər

Hadisə
22 aprel 2024 17285 baxış
DİN Xankəndi barədə vacib məlumat yaydı

DİN Xankəndi barədə vacib məlumat yaydı

Hadisə
22 aprel 2024 17285 baxış
Seçilmişlər
icon