Hadisə
Pleyeri seçin:
Gəncədə qum uçqunu ölümlə nəticələnib
Gəncədə 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Hadisə şəhərin “Comərt Qəssab” türbəsinin yaxınlığında baş verib.
Göygöl rayonunun Hacıməlik kənd sakini 1969-cu il təvəllüdlü İsgəndərov İlham daş və qumun altında qalaraq ölüb. Tikinti ərazisində sökülmüş mişar daşlarını toplayaraq öz “ZİL” markalı yük maşınına yığıb aparmaq istəyərkən torpaq sürüşməsi baş verib. Nəticədə, İlham İsgəndərov dağıntı altında qalaraq ölüb.
Meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev
Kopyalandı
Seçilmişlər