Hadisə
Pleyeri seçin:
Avtomobil səkiyə çırpıldı - Sürücü yaralandı
Metronun 20 Yanvar stansiyasının yaxınlığında 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
1993-cü il təvəllüdlü Hüseynov Nurlan Balakişi oğlu idarə etdiyi “Kia” markalı avtomobillə dairəvi yolla hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə, avtomobil yol kənarındakı səkiyə çırpılıb.
Qəza zamanı Nurlan Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava şəraitində sürət həddinin aşılması olub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
Kopyalandı
Seçilmişlər