Yük maşını tuneldə qəza törədib

Hadisə
24 Apr 2019, 06:20
1,515

Ziya Bünyadov prospektində yol qəzası baş verib.

Hadisə prospektin Nərimanov rayonundan keçən hissəsindəki tuneldə qeydə alınıb.

1986-cı il təvəllüdlü Fərid Şirəliyevin idarə etdiyi “Shacman” markalı yük avtomobili yol ayrıcı beton piltələrə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza yolun hər iki istiqamətində tıxaca səbəb olub.

Sürücünün bildirdiyinə görə, avtomobilin əyləc sistemində problem yaranıb və nəticədə avtomobil idarəetmədən çıxaraq yol ayırıcı betona çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ