Bərdədə yanacaq doldurma məntəqəsində yanıb

Hadisə
03 May 2019, 02:21
3,211

Bərdə rayonunda yanacaq doldurma məntəqəsində yanğın baş verib.

Hadisə rayonun Hadisə Heydər Əliyev prospektində, Vüsal Əsgərova məxsus yanacaq doldurma məntəqəsində qeydə alınıb.

"İdeal" petrol yanacaq doldurma məntəqəsinin yardımçı binasında elektrik naqillərində qısaqapanma olub. Daha sonra yanğın başlayıb.

Hadisə zamanı ərazidə olan hava balonu və digər əşyalar yanaraq kül olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Alovlar söndürülüb və yanğının yanacaq doldurma məntəqəsinin qalan hissəsinə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

 

Şamxal Adıgözəlov

ŞƏRH YAZ