3 maşın toqquşdu, 5 nəfər yaralandı

Hadisə
04 May 2019, 02:38
8,603

Bakının Səbail rayonunda 5 nəfərin yaralanmasına səbəb olan yol qəzası baş verib.

Bayıl qəsəbəsində qeydə alınan hadisə zamanı 3 minik maşını toqquşub.

Muradov Şahin idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə yol hərəkəti qaydasını pozaraq “anidən dönmə” əməliyyatı edib. Arxadan gələn Qadir Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil “VAZ 2107”-ə çırpılıb.

Zərbənin təsirindən “VAZ 2107” markalı avtomobildə olan 2007-ci il təvəllüdlü Zöhrə Muradlı yan şüşədən çıxaraq arxadan gələn “Toyota” markalı avtomobilə dəyib.

“Hyundai” markalı maşın isə Dənizkənarı Bulvarın hasarına dəyərək dayana bilib.

Qəza zamanı “VAZ2107”-nin sürücüsü Şahin Muradov, onun qardaşı sərnişin 2009-cu il təvəllüdlü Məhəmməd Muradov və bacısı Zöhrə Muradlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

“Hyundai” markalı avtomobilin sürücüsü Qadir Məmmədov və onun anası da yüngül bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

“VAZ 2107”markalı avtomobildə olan yaralılardan Zöhrə Muradlının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ