Sabunçuda qəza - 3 nəfər yaralandı

Hadisə
16 May 2019, 04:22
14

Sabunçu rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-qəzası baş verib.

"Niva" markalı minik avtomobili hərəkətdə olarkən arxadan gələn maşın "Niva" ilə toqquşub. Nəticədə "Niva"-nın sürücü 1963-cü il təvəllüdlü Mehrac Məmmədov, sərnişinlər 1956-cı il təvəllüdlü Nəbi Məmmədov və 1964-cü il təvəllüdlü Arif Əfəndiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

N. Məmmədova almacıq sümüyünün, A. Əfəndiyevə isə bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ