Hadisə
Pleyeri seçin:
Yasamalda ağır qəza - 4 nəfər yaralandı
Yasamal rayonunda baş verən yol qəzası zamanı 4 nəfər yaralanıb.
Hadisə metronun 20 Yanvar stansiyasının yaxınlığında qeydə alınıb. Cavid Əliyev idarə etdiyi 99 SG 264 dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə dönmə əməliyyatı yerinə yetirmək istəyərkən Vüsal Məmmədovun idarə etdiyi 90 UP 171 dövlət qeydiyyatlı "VAZ 2107" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində "VAZ 2107"-də olan 3 sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıb. Yaralılar dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
Kopyalandı