Nərimanov rayonunda 2 qəzada 2 nəfər yaralanıb

Hadisə
21 May 2019, 05:14
32

Bakının Nərimanov rayonunda 2 müxtəlif ərazidə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Qəzalardan biri Dərnəgül şossesində qeydə alınıb. Şosse ilə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Həsənov Məzahir Əsəd oğlunu vurub.

Şəxsiyyəti hələlik məlum olmayan sürücü yaralını 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb. Yaralıya ilkin tibbi yardım göstərilib.

Ona üzün və bədənin müxtəlif nahiyələrinin sıyrılmış yarası diaqnozu qoyulub. Vəziyyəti kafi olan Məzahir Həsənov ambulator müalicə üçün evə buraxılıb.

Onun içkili vəziyyətdə olduğu bildirilir.

 

Digər yol-nəqliyyat hadisəsi isə Atatürk prospektində baş verib. 90 HU 682 dövlət nömrə nişanlı "Toyota Corolla" markalı minik maşını piyada 1950-ci il təvəllüdlü Xasməmmədova Ulduza Molla qızını vurub.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hər iki faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ