Pirşağıda ağır qəzada 2 nəfər yaralanıb

Hadisə
01 Jun 2019, 04:44
21

Bakının Sabunçu rayonunda baş verən ağır qəzası zamanı 2 nəfər yaralanıb.

Hadisə Pirşağı qəsəbəsində baş verib. 1992-ci il təvəllüdlü Dadaşov Murtuzağa Hüseynağa oğlu rayon ərazisində "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəticədə avtomobil əvvəlcə səkiyə, daha sonra yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü və 23 yaşlı sərnişin Məmmədov Rövşən Arif oğlu xəsarət alıb.

Yaralılar dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. M.Dadaşova dizin əziyi, R.Məmmədova isə alın nahiyəsinin kəsilmiş-sıyrılmış yarası, diaqnozu qoyulub.

Murtuzağa Dadaşova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ