Fikri yayınan sürücü qəza törədib

Hadisə
14 Aug 2019, 03:33
1,457
Bakının Nəsimi rayonunda 2 avtomobil toqquşub.
 
C.Məmmədquluzadə və Həsən Əliyev küçələrinin kəsişməsində baş verən qəzada “Opel” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.
 
İlkin məlumata görə, Zaur Hüseynov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olan zaman fikri yayınıb. Nəticədə minik avtomobili işıqforun qırmızı işığında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb.
 
Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Kamil Əmirli
Elşad Mətləboğlu
ŞƏRH YAZ