Hadisə
Pleyeri seçin:
"İnfiniti" "Opel"lə toqquşdu, bir nəfər yaralandı
Bakının Nizami rayonunda 2 avtomobil toqquşub, sürücülərdən biri yaralanıb.
Hadisə Rüstəm Rüstəmov və Məhsəti Gəncəvi küçələrinin kəsişməsində baş verib.
1969-cu il təvəllüdlü Muradov Namiq Əlifağa oğlu idarə etdiyi "Opel" markalı avtomobili ilə M.Gəncəvi küçəsində hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi R.Rüstəmov küçəsində hərəkətdə olan və dönmə əməliyyatı edən "İnfiniti" markalı avtomobillə toqquşub.
Zərbənin təsirindən "İnfiniti" markalı avtomobil yol kənarındakı çuxura girib, daha sonra reklam lövhəsinin dirəyinə çırpılıb.
Qəza zamanı N.Muradov xəsarət alaraq 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.
Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
Kopyalandı
Seçilmişlər