Pleyeri seçin:
Bakıda baş verən yanğından anbaan video | FHN hadisə yerində
Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onikimərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 80 kv.m olan üçotaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 18 kv.m sahədə yanıb. Digər otaqlar və qonşu mənzillər yanğından mühafizə edilib, üçü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub.
Kopyalandı
#Yanğın teqi istifadə olunub
- "İnsan həyatı ilə oynayırlar!" - Lökbatandakı faciəvi yanğınla bağlı cinayət işi başlandı - Baku TV
- "Qobu Park-1"də faciəvi hadisə | Bina sakinləri yaşadığı dəhşəti anbaan danışdı - Baku TV
- 156 nəfərin öldüyü yanğınla bağlı yeni detallar
- Zaqatalanın Tala kəndində ev yanaraq külə döndü
- Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən yanan gəmi barədə məlumat
