Pleyeri seçin:

“Beniz”ə mən zərər vurmuşam” | Tiktokerin məhkəməsində nələr açıqlandı?

10 sentyabr 2025 347 baxış

Tanınmış tiktoker, "Beniz" ləqəbli Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda vəkilin vəsatəti əsasında Türkiyədə müalicə alan zərərçəkən Xalid Kərimovun videokonfransla prosesə qoşulması təmin edilib.

Zərərçəkən sərbəst ifadəsi zamanı vurğulayıb ki, təqsirləndirilən Aybəniz Xəlilova ilə yaxın münasibəti olub, aralarında yaranmış müəyyən söz-söhbətə görə “Beniz” onun ünvanına sosial şəbəkə vasitəsiylə xoşagəlməz ifadələr işlətdiyi üçün onu cəzalandırmaq qərarına gəlib. Xalid Kərimov bununla bağlı vəkil Nüşabə Ağayevanın vasitəsilə Suraxanı Rayon Polis idarəsinə müraciət edib. Məlum hadisələr də məhz bundan sonra baş verib.

Zərərçəkən ifadəsi zamanı həmçinin vurğulayıb ki, o tiktoker xanım tərəfindən nəinki hər hansı bir zərər görməyib, hətta özü “Beniz”ə ciddi zərər vurub. Özünə dəyən əsas zərəri isə bu işlə əlaqəli müəyyən şəxslərdən gördüyünü də deyib.

Müdafiə tərəfi isə öz növbəsində bununla bağlı əldə olunmuş müəyyən telefon qeydlərini məhkəməyə təqdim etməyə hazır olduğunu hakim heyətinin diqqətinə çatdırıb.

Aybəniz Xəlilovanın vəkili zərərçəkənin bu ifadəsindən sonra müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı yenidən məhkəməyə vəsatət təqdim edib.

Müşavirədən sonra vəsatət yenə də təmin edilməyib. Növbəti proses sentyabrın 30-na təyin edilib. 

Azərbaycana gətirilən kartof yükündə gizlədilənlər belə ifşa edildi - Baku TV

Azərbaycana gətirilən kartof yükündə gizlədilənlər belə ifşa edildi - Baku TV

Hadisə
06 dekabr 2025 347 baxış
Bu sexdə çoxsaylı nöqsanlar aşkarlandı

Bu sexdə çoxsaylı nöqsanlar aşkarlandı

Hadisə
06 dekabr 2025 347 baxış
Bərdədə maşın dərəyə aşdı | Xəsarətalan var - Baku TV

Bərdədə maşın dərəyə aşdı | Xəsarətalan var - Baku TV

Hadisə
06 dekabr 2025 347 baxış
Məktəbdə tüstüdən zəhərlənənlər barədə həkimdən açıqlama - Baku TV

Məktəbdə tüstüdən zəhərlənənlər barədə həkimdən açıqlama - Baku TV

Hadisə
05 dekabr 2025 347 baxış
Binəqədidə çayxanada güclü partlayış | 3 nəfər xəsarət aldı

Binəqədidə çayxanada güclü partlayış | 3 nəfər xəsarət aldı

Hadisə
05 dekabr 2025 347 baxış
Yevlaxda baş verən yanğın ailə faciəsinə səbəb oldu - Baku TV

Yevlaxda baş verən yanğın ailə faciəsinə səbəb oldu - Baku TV

Hadisə
05 dekabr 2025 347 baxış
Kikboksçu Tulin Ələkbərova yenidən saxlanıldı

Kikboksçu Tulin Ələkbərova yenidən saxlanıldı

Hadisə
05 dekabr 2025 347 baxış
"İnsan həyatı ilə oynayırlar!" - Lökbatandakı faciəvi yanğınla bağlı cinayət işi başlandı - Baku TV

"İnsan həyatı ilə oynayırlar!" - Lökbatandakı faciəvi yanğınla bağlı cinayət işi başlandı - Baku TV

Hadisə
05 dekabr 2025 347 baxış
Lökbatanda bina sakinlərini dəhşətə gətirən hadisə - Baku TV CANLI

Lökbatanda bina sakinlərini dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
05 dekabr 2025 347 baxış
Salyanda dəhşətə gətirən qəza

Salyanda dəhşətə gətirən qəza

Hadisə
05 dekabr 2025 347 baxış
Seçilmişlər
icon