Binəqədidə baş verən qətlin təfərrüatı məlum oldu
Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Amin Nurinin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan ilk prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra məhkəmədə təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar elan edilib. İlk baxış iclası noyabrın 12-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonu ərazisində baş verib. 1996-cı il təvəllüdlü Aslan Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedib və qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.
Onu da qeyd edək ki, Aslan Nuri azyaşlı övladının gözü qarşısında qətlə yetirilib. Hadisənin qardaşlar arasında mülk bölgüsü ilə bağlı olduğu bildirilir.
Təqsirləndirilən Amin Nuri müharibə iştirakçısı və həmçinin zabit olub. Ona qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
#Binəqədi rayonu teqi istifadə olunub
- “Qanın içində çabaladı, baxmadılar” - Ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb oldu? - Baku TV
- Binəqədidə çayxanada güclü partlayış | 3 nəfər xəsarət aldı
- Ölən 13 yaşlı qızın telefonunda gördükləri ailəni şoka saldı | "Gecə hamı yatıb, sonra..." - Baku TV
- Qəzalı bina sakinlərinin şikayətinə niyə baxılmır? | Müvafiq qurumdan açıqlama
- Şəhid məzarlarında ağlasığmaz əməl: Niyə bu hala düşdük? | Hiddət doğuran hadisələr - XÜLASƏ
