Hadisə
Pleyeri seçin:
Canavarların hücum etdiyi kəndin sakinləri danışdı | Ucarda hadisə
Ucarın Qəzyan kəndinə canavarların hücum etməsi sakinlərin kabusuna çevrilib.
Belə ki, son günlər yırtıcıların mal-qaraya hücumu artıb.
Əsas məşğuliyyəti maldarlıq olan kənd sakinləri heyvanlarını örüş sahələrinə çıxarmaqdan çəkinirlər.
“Vəhşi heyvanlara görə malımızı çölə çıxara bilmirik. 2-3 heyvanımız var, onları da canavar yeyir”, – deyə kənd sakini qeyd edib.
Qeyd edək ki, sözügedən kənddə yırtıcı heyvanlar artıq 15-20 kənd sakininin mal-qarasına hücum edib.
Kopyalandı
Seçilmişlər