Demişdi, onsuz yaşaya bilmərəm, elə də oldu | Oğlunun ölüm xəbərini eşidən ana dərdə dözmədi
Lənkəranın ucqar dağ kəndi olan Günəhirdə baş verən hadisə sakinləri sarsıdıb.
Belə ki, 53 yaşlı Seyran Cəfərlinin ölüm xəbərini eşidən 77 yaşlı anası Məhrəba xanımın səhhəti pisləşib. O, təcili yardım briqadası gələnə kimi dünyasını dəyişib.
“Qardaşım Bakıda rəhmətə getmişdi. Bu xəbəri eşidən kimi Bakıya anamızla birlikdə getmək istəyirdik. Amma onun bu hadisədən xəbəri yox idi. Qardaşım xəstəlikdən əziyyət çəkirdi. Anam hər gün onunla danışırdı. Artıq 2 gün idi ki, əlaqə saxla bilməmişdi. Şübhələnirdi ki, nəsə var, biz ondan gizlədirik.
Səhər Bakıya getməyə hazırlaşanda başa düşdü ki, nəsə olub. Sonra bizə dedilər ki, cənazəni kəndə gətirirlər, burada dəfn olunacaq. Bunu öyrənəndən sonra anam dəfələrlə “Mən Seyransız yaşaya bilmərəm, mən bu dərdə dözə bilmərəm” dedi. Nə qədər çalışdıq ki, özünü ələ alsın, alınmadı. Təcili yardım gələndə artıq gec idi”, – deyə mərhumun qardaşı Fikrət Cəfərov bildirib.
#Lənkəran rayonu teqi istifadə olunub
- Lənkəranda illərdir suyun altında qalmış palıd meşəsi ortaya çıxdı
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Lənkəranda keçmiş məmurun faciəvi sonu | Qohumu hər şeyi danışdı
- Minaya düşüb ölən DSX hərbçisi dəfn edildi | Mərhumun əmisi danışdı
- Şabran və Lənkəranda Novruz ənənələri | Bunlar "s" hərfi ilə başladığına görə...
