Hadisə
Pleyeri seçin:
Goranboyda güclü külək | Elektrik enerjisinin verilməsində fasilələr yarandı
Güclü külək Goranboyda fəsadlar törədib.
Kənd və qəsəbələrdə irigövdəli ağaclar küləyə tab gətirməyərək aşıb. Elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Cəfər Cabbarlı küçəsindəki beşmərtəbəli binanın dam örtüyü küləyin təsirindən qoparaq küçəyə düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, bəzi bina sakinlərinin mənzillərinə ziyan dəyib.
İrigövdəli çinar ağacı kökündən qoparaq yola aşdığından küçədə hərəkət bir müddət çətinləşib. Küləyin aşırdığı ağac rayon sakininə məxsus avtomobilin üzərinə düşərək onu da yararsız hala salıb.
Rayonun Qızılhacılı qəsəbəsi və Boluslu kəndində də irigövdəli ağaclar aşıb. Bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayandırılıb.
Kopyalandı
Seçilmişlər